İraq boyu geniş kobudluqlar dalğasının yaranması ilə bir vaxtda, bu ölkənin baş naziri xəbərdarlıq edib ki, bundan qabaq Suriyaya doğru axan silah və qiyamçılar hazırda İraqa doğru üz tutublar.
İraqın baş naziri- Nuri Əl-Maliki deyib: Bəzi ölkələr tərəfindən Bəşşar Əsədi devirməyə çalışan qruplar və Suriya qiyamçıları üçün göndərilən silahlar hazırda İraqda peyda olublar.
O, gənclərin bir toplantısında söyləyib: Suriyadakı o qatillərin ixtiyarına keçən silahlar hazırda İraqa qaçaq edilibdir və müxtəlif ölkələrdən Suriyaya getmiş o canavarlar gizli surətdə İraqa daxil olublar.
Maliki bildirib ki, bu silah və şəxslərin köçürülməsi onun ölkəsində cari kobudluqları qızışdırıbdır.
İraq Suriya müharibəsi barədə rəsmi surətdə bitərəf mövqe tutubdur. Bağdadda şiələrin rəhbərlik etdikləri dövlət dəfələrlə Suriya böhranının dinc və siyasi yollarla həllini istəyibdir. Lakin eyni zamanda xəbərdarlıq edibdir ki, qiyamçıların qələbəsi İraq və Livanda firqəvi müharibəyə bais olacaqdır.