İranın istehsal etdiyi “Haq” adlı raketləri simuliatoru ,”Sky Gard” havadan müdafiə sistemlərinin təqdimat mərasimi keçirilib.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə İslam İnqilabının zəfər çalmasının 35-ci ildönümü ərəfəsində İran ordusunun Xatəmulənbiya(s) havadan müdafiə qərargahı bu gün çərşənbə axşamı (28 yanvar) bu qərargahın komandanı general-mayor Fərzad İsmailinin iştirakı ilə İranda istehsal edilən “Haq” adlı raketlər simuliatoru və “Sky Gard” havadan müdafiə sistemlərinin təqdimat mərasimini keçirdi.
Bu mərasimdə İran ordusunun Xatəmulənbiya (s) havadan müdafiə qərargahının komandanı general-mayor Fərzad İsmaili deyib: Bu simulator vasitəsi ilə raketlər, təyyarələr , vertolyotlar və pilotsuz təyyarələrin müxtəlif növlərinin həqiqi hədəfləri və ölçülərini simuliasiya etmək olar.
General-mayor İsmaili deyib: Bu yeni nailiyyət qiymətləndirmə və xal vermə sisteminə malikdir. Bu sistemin bütün detalları və təchizatları İranda istehsal edilir və elektronika müharibəsi şəraitini yarada bilər və istifadəçilər tərəfindən əks elektronika əməliyyatını qiymətləndirə bilər.