İran Müdafiə naziri “İran, Livanın milli iqtidarı və təhlükəsizliyinin gücləndirilməsi yolunda bu ölkə ordusunun ehtiyaclarını aradan qaldırmağa hazır” dedi.
İran Müdafiə naziri General Dehgan dünən, İranı ziyarətə gələn Livan Baş nazir müavini və Müdafiə naziri Semir Makbel və yanında olan heyətlə görüşdü.
Danışıqların ilk turunda müdafiə naziri General Dehgan etdiyi danışmada, mövcud həssas şərtlərdə Livanlı həmkarı Makbel’in İran səfərindən duyduğu məmnuniyyətini ifadə edərək, Livanı İlahi böyük Peyğəmbərlərin ortaya çıxdıqları tarixi bir keçmiş və mədəniyyətə sahib bir ölkə olaraq təyin etdi.
Müdafiə naziri General Dehgan daha sonra, İranla Livan arasında müxtəlif sahələrdə əlaqələr və əməkdaşlığın artırılması və faydalı məsləhətləşmələrə davam etməsindən də duyduğu məmnuniyyətini dilə gətirərək, İslami İranın Livan hökuməti ikitərəfli əlaqələrini bütün alanlarfa daha da inkişaf etdirməyə hazır olduğunu vurğuladı.
General Dehgan ayrıca, İran İslam Respublikasının müdafiə qabiliyyəti haqqında məlumatlar təqdim edərək “İran İslam Respublikası, Livanın milli iqtidarı və təhlükəsizliyinin gücləndirilməsi məqsədiylə bu ölkə Ordusunun ehtiyaclarını aradan qaldırmanın yanında, terrorist və Tekfirci təşkilatlarla mübarizəyə bağlı təcrübələrini də köçürməyə hazır” deyə vurğuladı.