AsyaİranLivanXƏBƏRLƏR

İran məclis başçısı, Livandakı terror hücumunu qınadı

İran İslami Şura Məclisi başçısı Əli Laricani, Livan məclis başçısı Nəbih Berri və Hizbullah baş katibi Seyyid Həsən Nasrullah’a göndərdiyi başsağlığı mesajında Cümə axşamı gecəsi Beyrutun cənubunda 44 adamın ölümü və 200-dən çox adamın yaralanmasına səbəb olan terrorist hücumdan ötəri başsağlığı vermişdir.

Laricani mesajında, söz mövzusu terror hücumunda həyatını itirənlər üçün Allahdan rəhmət, yaralılara təcili şəfa və yaxınlarına səbir dilədi.

İran məclis başçısı, mesajında ayrıca, söz mövzusu terrorist hücumu bir cinayət olaraq xarakterizə edərkən, bu vəziyyətin bir daha Livan xalqının terrorizm və aşırıcılığa qarşı birlik və bərabərlik içində olması həqiqətini göstərdiyini bildirdi.

Laricani mesajında ölənlərin qanlarının heç şübhəsiz başda Livan olmaq üzrə bölgə millətlərinin terrorizmin və təkfirçilərin kökünü qurutmağa söykənən azimlerini daha da artıracağını qeyd etdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu