İyunun 30-da Misirdə hökumət əleyhinə aksiyaların keçirilməsi ərəfəsində bu ölkənin müdafiə naziri xəbərdarlıq edib ki, hər cür gərginlik və əmin-amansızlığın baş verməsi təqdirində ordu fəaliyyətə keçəcək.
Əbdülfəttah Əl-sisi bu haqda deyib: Silahlı qüvvələr Misirin qaranlıq toqquşma və böhran dalanına batmasının qarşısını almaq məqsədilə müdaxilə etməkdə vəzifəlidirlər.
O öz sözlərinin davamında bu haqda bütün Misir xalqının bir-birləri ilə olan ixtilafları bir kənara qoymağa dəvət edərək, deyib: bu ordunun milli və əxlaqi vəzifəsidir ki, firqəvi toqquşmaların qarşısını almaq və bu ölkə qurumlarının dağılmasının qarşısını almaq üçün fəaliyyətə keçib, müdaxilə etsin.
Misirdə müxaliflər hökumət əleyhinə olacaq 30 iyun aksiyaları zamanı Misir prezidentini vaxtından əvvəl prezident seçkilərini keçirməyə vadar etməyə çalışacaqlar.
Misirli müxalifləri və fəalların sədrləri milyonlarla yazılı məhkəmə istəyi toplayaraq, Məhəmməd Morsinin vəzifəsindən kənarlaşdırılmasını istəyiblər.