AsyaDünyaİranXƏBƏRLƏR

MAQATE müfəttişlərinin sədri Tehrana səfər edəcək

İran Atom Enerjisi Təşkilatının sözçüsü MAQATE müfəttişlərinin sədri ” True Varyvranta”-nın tez bir zamanda bu ölkəyə səfər edəcəyini bildirib.

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bəyan edib : Beynəlxalq qurumun müfəttişlərinin sədri və MAQATE baş direktorunun müavini olan bu şəxs gələn həftə paytaxt Tehrana səfər edəcək.

Onun sözlərinə görə, həmin rəsmi səfər 2013-cü il noyabr tarixində Tehranda iki tərəf arasında imzalanan razılaşmanın həyata keçirilməsi çərçivəsində baş tutur.

” Sağənd mədəninə ” və ” Ərdəkan ” obyektinə baxış keçirmək ” True Varyvranta”-nın İrana səfər proqramının detallarını təşkil edir.

Qeyd edək ki , MAQATE müfəttişləri 2013-cü il dekabr ayının 8-də əvvəldə İranın Ərak ağır su kompleksiinə , sonra isə Bəndər Abbas şəhərində Gəçin mədəninə baxış keçirmişdilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu