Suriyanın strateji məntəqələrində bu ölkə ordusunun irəliləməsini davam etdirməsinin ardınca, terrorçular Homs şəhərində ağır tələfat və xəsarətlə üzləşiblər.
Bu ölkə ordusu çərşənbə günü Homs şəhərində öz nailiyyətlərinin davamında terrorçu qruplaşmalarının yerləşdiyi Bab Hud məntəqəsində bir neçə prospekt, yaşayış massivi və binanı terrorçulardan təmizləyib və bir qrupu xarici vətəndaş olmaqla çoxlu sayda terrorçunu öldürüb.
Bu məlumatda əlavə olunub ki, Homsun Bab Hud məhəlləsində Suriya ordusu qüvvələri ilə terrorçular arasında mənzil-mənzil döyüşləri davam edir və ordu terrorçuları öz mövqelərindən qaçmağa məcbur edib.
Suriya televiziyası həmçinin suriyalı qaçqınların terrorçulardan azad olunmuş öz yaşadıqları yerlərə qayıtmaları barəsində bildirib: Homs vilayətində əl-Qüsəyr şəhərində həyat sakinlərin tədrici qayıdışı ilə öz normal prosesinə qayıtmaqdadır.
Digər tərəfdən Suriyanın Bəs partiyası baş katibinin müavini bu ölkə hökumətinin milli dialoq üçün hazır olduğunu bildirib.
Abdulla əl-Əhmər çərşənbə axşamı günü Rusiya prezidentinin Yaxın Şərq məsələləri üzrə müavini Mixail Boqdanovla görüşdə deyib: Dəməşq müxaliflərlə milli danışıqlara hazırdır. Lakin terrorçularla müzakirə mümkün deyildir. Çünki terrorçularla danışıqların nəticəsi yoxdur.