İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İranın bəndlərinə qarşı növbəti hücumlara zəmin hazırlanmasına sərt reaksiya verib. “Onların ‘ekspertləri’ “The New York Times” qəzetinə bildirirlər ki, İranın raket obyektləri yaxınlığındakı bəndlər ikili, yəni hərbi və mülki təyinat daşıyır”, – deyə Qalibaf qeyd edib.
Qalibaf əlavə edib: “Çox yaxşı. Yeni qanun belədir: ABŞ və ya Sionist rejimin bazası yaxınlığında yerləşən hər bir bənd, liman və ya elektrik stansiyası ikili təyinatlıdır. Biz yalnız sizin məntiqinizi heç bir dəyişiklik etmədən özünüzə qarşı tətbiq edirik.”
