ABŞ Bəşşar Əsəd hökuməti ilə müxalif olanların istifadəsinə ayırdığı 8 milyon dollarlıq yardım yükünü Azad Suriya Ordusunun ixtiyarına verib.
Bu yardım yükünün ərzaq məhsulları və dərman preparatlarından təşkil olunduğu iddia edilir.
“Fereign Police” jurnalının yazdığına görə, bu gün səhər yerli vaxtla təqribən saat 5-də “C-17” tipli bir amerikan təyyarəsi ABŞ-ın Dovr şəhərindəki hava bazasından havaya qalxaraq, Azad Suriya Ordusu üçün 8 milyon dollarlıq yardım yükünü Əsəd hökuməti ilə müxalif olanlara çatdırıb. Bu yükün konservləşdirilmiş yeməklər və tibbi yardım bağlamalarından ibarət olunduğu bildirilir.
Bu yardım yükü Suriyanın 14 vilayətində Ali Hərbi Şuranın nəzarəti altında savaşan yaraqlılar arasında bölüşdürüləcək.
Bu arada “New-York Times” qəzeti mart-aprel aylarında ifşa etmişdi ki, MKA ötən bir il ərzində Suriyadakı silahlı qiyamçılara 3500 ton silah göndərib.
MKA Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin əməkdaşlığı ilə Suriyadakı yaraqlıları himayə etməklə böhranın daha böyük miqyas almasına səbəb olub.
