İran İslam Respublikası ordusu quru-qoşun qüvvələri komandanının əvəzedicisi ordunun düşmənlərin hər hansı bir təhdidini bətnində boğmaq iqtidarında olduğunu bildirib.
Mehr xəbər agentliyinin məlumatına görə, General Mayor Kiyumərs Heydəri çərşənbə günü ( 13 noyabr) İranın qərbində Sərpolzəhab şəhərində qaçaqmalçılığa qarşı mübarizə bölmələrinin nümunə işçilərini mükafatlarla təltif etmə mərasimdə etdiyi çıxışında bəyan edib: Hazırda müdafiə potensiyalları baxımından İran ordusunun müdafiə qabiliyyətləri inanılmaz həddədir. Buna görə də ordumuz , düşmənlərin hər hansı bir təhdidi bətnində boğmaq iqtidarındadır . Belə ki, ölkə sərhədlərinin təhlükəsizliyini maksimum dərəcədə qorumaq iqtidarındadır.
General əlavə olaraq deyib : Ölkənin qərb sərhədində İİR ordusunun şücaətli əsgərlərinin səyləri böyük təqdirə layiqdir .