İran Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi bu gün saat 03:30-da ABŞ-a məxsus düşmən PUA-sının üç nəfərin olduğu balıqçı qayığına çırpıldığını açıqlayıb. Qayıq “Mahmud Alftə” adlı şəxsə məxsus olub.
Məlumata görə, qayığın iki sərnişini tapılaraq Sirik xəstəxanasına çatdırılıb. Qayığın sahibinin taleyi isə hələlik məlum deyil və onun tapılması üçün axtarış işləri davam etdirilir.



