ABŞ dövlət katibi xəbərdarlıq edib ki, Tehrana qarşı hər yeni sanksiyaların tətbiq edilməsi əldə edilməkdə olan razılaşmaların məhv olmasına gətirib çıxara bilər.
Amerika xarici işlər naziri Cohn Kerri ötən gün (çərşənbə axşamı 10 dekabr) ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsi ilə keçirdiyi iclasda, ABŞ-ın İran qarşısındakı diplomatiyasını müdafiə edərək, Konqressin pisniyyətli nümayəndələrinə üzünü tutaraq bildirib ki, Tehran ilə 5+1 qrupu arasında əldə edilən müvəqqəti anlaşma açıq-aşkar ABŞ mənafeyinə xidmət edir.
Cohn Kerri bu nümayəndələrə xitabən “Biz sizdən müzakirəçilərə və ekspertlərimizə, müzakirənin aparılması üçün zaman və şərait icazəsi verilməsini tələb edirik”- deyə bildirib.
ABŞ dövlət katibi növbəti dəfə bildirib ki, hazırkı anlaşmadan əsas məqsəd, hərtərəfli və uzunmüddətli və İran ilə nüvə enerjisi sahəsində bir dekadalıq qarşıdurmaya son qoyulması xarakteri daşıyır.
Bu isə bir halda baş veriri ki, bəzi ABŞ konqressmenləri İran ilə 5+1 qrupu arasına Cenevrədə əldə edilən müvəqqəti anlşamaya nikbin yanaşmırlar zira bu anlaşma İranın zənginləşdirmə prosessinin davam etməsi hüququnu rəsmən tanıyır.
ABŞ Nüymayəndələr palatası İyun ayı İrana qarşı sərt sanksiyalar tətbiq edib.
Həmçinin Senat məclisi isə İranla əldə edilən razılaşmanın 6 aydan sonra icra edilə biləcək yeni sanksiyları araşdırmaqdadır.
Qeyd etmək lazımdır ki, Cenevrə anlaşmasına əsasən, ABŞ bu müddətdə İran əleyhinə yeni sanksiyalar tətbiq etməməlidir.
