AsyaDünyaİranXƏBƏRLƏR

İran prezidenti əlcəzairli həmkarına başsağlığı verib

İran prezidenti Əlcəzairin şərqində təyyarə qəzasının nəticəsində Əlcəzair hərbçilərindən bir qrupunun həlak olmasından təəssüfləndiyini bildirib.

İran prezidenti Həsən Ruhani cümə axşamı günü ( 13 fevral ) əlcəzairli həmkarı Əbdüləziz Butəfliqəyə müraciət edərək bu hadisədə Əlcəzair hərbçilərindən bir qrupunun həlak olmasından təəssüfləndiyini qeyd edərək bu acı hadisə münasibəti ilə Əlcəzair dövləti və bu ölkə xalqına başsağlığı verib.
Ruhani , öz təsliyyət məktubunda həmçinin Əlcəzair rəsmiləri və bu ölkə xalqının dərdinə şərik çıxaraq bu hadisədən zərər çəkənlərin ailə üzvlərinin təmkinli olmalarını istəyib.
Çərşənbə axşamı günü ( 11 fevral ) Əlcəzairin şərqində hərbi bir təyyarənin qəzaya uğraması nəticəsində 110 hərbçi həlak olmuşdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu