İran İslam Şurasının millət vəkilləri İranın hökumətinə qarşı 28 mordad (19 avqust) amerikalı-ingilis çevrilişinin hüquqi-siyasi izlənilməsini iki oturuşda təsdiqləyiblər.
İslam Şurası Məclisinin xəbər portalının məlumatına görə, İran İslam Şurası Məclisinin millət vəkilləri bu gün çərşənbə axşamı günü iki oturuşda bir layihəni qəbul ediblər. Bu layihə yekun təsdiqləndiyi halda, İran xarici işlər nazirinin başçılığı ilə 28 mordad 1332-ci günəş ili (19 avqust 1953-cü il) İranın o vaxtkı baş nazirinə qarşı amerikalı-ingilis çevrilişinin hüquqi və siyasi cəhətdən izlənilməsi üçün komitə təşkil olunacaq.
1953-cü il 19 avqustda İranın baş naziri Məhəmməd Müsəddiqin hökuməti İngiltərə, ABŞ və şah muzdlularının məkrli planı ilə devrildi.
1332-ci günəş ili 28 mordadda ordu qüvvələrindən bir qrupu Fəzlullah Zahidinin rəhbərliyi ilə Məhəmməd Müsəddiq hökumətini devirməklə 25 mordad çevrilişinin məğlubiyyətindən sonra Romaya qaçan Məhəmməd Rza şah Pəhləvini yenidən şahlığa qaytardı.