İranXƏBƏRLƏR

İran prezidenti Bişkekə daxil olub

İran İslam Respublikasının prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə cümə axşamı günü Qırğızıstanın paytaxtı- Bişkekə daxil olub.

İran İslam Respublikasının prezidenti- Həsən Ruhani Bişkekə daxil olduqdan sonra Qırğızıstanın baş naziri- Cantura Satı Baldıyev tərəfindən qarşılanıb.

Ruhani prezidentlik vəzifəsində ilk xarici səfəri sayılan bu ikigünlük səfərdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakdan əlavə, qərar üzrə həmin iclasın kənarında Rusiya, Çin, Qırğızıstan, Qazaxıstan və Əfqanıstanın prezidentləri ilə də görüşməli və onlarla tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparmalıdır.

İran İslam Respublikasının prezidenti Bişkekə səfərdən öncə deyib: Ümid edirik ki, bəhs və görüşlər elə olmuş olsun ki, xalqımızın, həmçinin region xalqlarının maraqları təmin edilmiş olsun.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu