İranÜMUMİXƏBƏRLƏR

İran prezidenti güləş medallarını təqdim edib

İran İslam Respublikası prezidenti sərbəst güləş üzrə Dünya Kubokunun medallarını təqdim edib.

Səhər telekanalı internet portalının məlumatına görə, Mahmud Əhmədinejad 12 min nəfərlik Azadi İdman kompleksində sərbəst güləş üzrə Dünya Kubokunun bağlanış mərasimində İran komandasının medallarını çempionlara təqdim edib.

Bu mərasimdə prezidentdən əlavə, idman naziri Məhəmməd Abbasi, iqtisad naziri Şəmsəddin Hüseyni, strateji nazir və prezidentin proqramlaşdırma məsələləri üzrə müavini Behruz Muradi, əmək, kooperasiya və sosial rifah naziri Əsədullah Abbasi və hökumətin sözçüsü Qulamhüseyn İlham iştirak edib.

Sərbəst güləş üzrə Dünya Kubokunun İran yığması ilə Rusiya yığması arasında final oyunu zamanı idman zalına daxil olan cənab Mahmud Əhmədinejad İran yığma komandasının üzvləri ilə xatirə şəkli çəkdirdikdən sonra, 3-cü sıralamaya amerikalı idmançılara tərəf gedib, onlarla görüşdükdən sonra bu komanda üzvləri ilə xatirə şəkli çəkdirib.

İran prezidenti həmçinin Rusiya komandası üzvləri ilə də görüşərək xatirə şəkli çəkdirib.

Ötən gün Azadi idman kompleksində olan 15 mindən çox tamaşaçı İranın yığma komandasını yüksək formada dəstəkləyib və mərasimin sonuna qədər zalı tərk etməyib.

Sərbəst güləş üzrə Dünya Kuboku ötən gün İran yığma komandasının çempionluğu ilə sona çatdı və Rusiya və ABŞ 2-ci və 3-cü yeri tutdu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu