AsyaDünyaİranXƏBƏRLƏR

İran prezidenti İslam ölkələri başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti İslam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s)-n təvəllüd gününün gəlib çatması münasibətilə islam ölkələri başçılarına ayrı-ayrıca təbrik məktubu göndərib.

İran prezidenti Həsən Ruhani İslam ölkələri başçıları, xalqı və hökumətlərinə göndərdiyi təbrik müraciətində Həzrət Məhəmməd (s.ə.s)-ı sülh, qardaşlıq və bərabərlik peyğəmbəri adlandırıb.

İran prezidenti təbrik müraciətində ümidvarlıq edib ki,Quran Kərim və o Həzrətin əxlaqi səciyyələri və nürlu kəlamları və islamın dəyərli maarifinə əsaslanmaqla, islam ümməti arasında müasir dövrümüz keçmişdəkindən daha artıq birlik və qardaşlığın yaranmasına və bəşəriyyətin uca zirvələrə çatmasına şahid olsun.

Cənab Ruhani həmçinin Allah Taaladan müsəlman ölkələrin xalqına başıucalıq, sağlamlıq və əlavə uğurlara nial olmalarını diləmişdir.

Bu gün (bazar) hicri qəməri ili 17 rəbiül əvvəl, 2014-cü il 19 yanvar İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s.ə.s)-ın və şiələrin 6-ci məsum imamı Həzrət İmam Cəfər Sadiq (əs)-ın doğum gününə təsadüf edir.

Həmin münaisbətlə İslami İranda şiələr və əhli sünnə, məscidləri, hüseyniyyələri, təkyələri, küçələri və mağazaları əlvan bayraqlar və ışıqlarla bəzəyərək, şirniyyat paylayır Allahın son peyğəmbərinin təvəllüdü münasibətilə şənlik edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu