İran prezidenti dünya zərdüştlərinin Mumbayda keçirilən 10-cü konqresinə müraciət edib.
Müraciətdə qeyd olunub: Dini əziz tutmaq , mədəniyyətlər və sivilizasiyalararası oxşarlıqları yenidən yaşatmaq bəşər ictimaiyyəti üçün xeyirlər gətirə bilər.
Bəyanatın digər hissəsində deyilir: Zərdüştün olduğu yer olan İran; yaxşılıqlar və xeyr işlər müraciətçisi olub, zərdüştlərin birinci diyarı olmuşdur və Zərdüşt dininin hətta İranda islamın kənarında davamlı olması İran və islam mədəniyyəti sivilizasiyasının genişləndirilməsi müstəvisində bu ilahi dinin tərəfdarlarına böyük təsiri göstərib.
Müasir dünya başqa hər bir zamandan artıq müxtəlif dinlərin tərəfdarları arasında dinc-yanaşı yaşama və mənəvi əxlaqi mənbələrə ehtiyaclıdır. Təfriqə və qarşıdurma yaratma həmçinin hər yerdə olursa olsun yerinə təəssübkeşliklər və əsəbiliklərə zəmin yaratmaq şeytan təfəkkürüdür və bu mövzu bütün dinlər və məzhəblərin tərəfdarlarının məsuliyyəti məsələsini daha da ağırlaşdırır.
Cümə günü (27 dekabr) müxtəlif dünya şöhrətli Zərdüşt şəxsiyyətlərin hüzurunda dünya zərdüştlərinin 10-cu konqresi Hindistanın Mumbay şəhərində işə başlayıb.