Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin baş katibi, baş komandanı deyib: Hər bir şərafətli fələstinli Tehrandan, Dəməşqə və Livana və Fələstinə çəkilən Fələstinə qayıdış körpüsünü möhkəmlətsin.
Əhməd Cibril Ümumdünya Qüds Günü münasibəti ilə Dəməşqin Əməvi məscidində çıxışında əlavə edib: İran İslam İnqilabının qələbəsindən sonra bütün düşmənlər, hegemonçular, həmçinin ərəb mürtəce və qeyri-mürtəce rejimləri ona qarşı birləşdilər və İrana qarşı elan olunmamış 8 illik müharibə yaradıldı. Lakin İmam Xomeyni (rə) belə bir şəraitdə Qüds və Fələstini unutmadı və onun müdafiəsini şəri vacib məsələ adlandırdı. Lakin son vaxtlar gördük ki, islam adı ilə ərəb baharını istila etmək istəyənlər Fələstinin adını çəkmirlər və paytaxtlarından İsrailin bayrağını endirmək üçün addım atmırlar.
Əhməd Cibril əlavə edib: “Ey Qüds biz gəlirik” dedikdə, bu cümlə yalnız siyasi istifadə və yaxud sui-istifadə üçün olmamalıdır. Özümüzdən soruşmalıyıq ki, Qüds və Fələstin üçün nə etmişik.
Cibril deyib: Fələstin Özünüidarə Təşkilatı 30 ildir ki, sazişə ürək bağlayıb və onun dalınca qaçmaqla məşğuldur. Bu müzakirələr daha çox utanc mənbəyi və fələstinlilərin müqəddəs hüququndan daha çox uzaqlaşmaqdır.
Əhməd Cibril İran, Suriya, Livan və Fələstini müqavimətin mehvəri olaraq qiymətləndirib və deyib: Təəssüflər olsun ki, bir neçə il öncədən bəzi fələstinli qruplar öz yollarından yayındılar.
“Biz deyirik ki, hər bir ixlaslı və şərafətli fələstinli ya ərəb və ya müsəlman Tehrandan başlanan, Dəməşqə, Livana və Fələstinə çatan, inşallah Bağdaddan keçən, dönüş körpüsünü möhkəmlətməliyik. İraqın hazırkı hadisələri buna görədir ki, İraqın bu mehvərə keçməsindən qorxurlar. Ondan sonra isə İordaniya rejimi və “Vadi Ərəbə” razılaşmasının süqutundan və düşmənlə həlledici müharibənin başlanmasından qorxurlar” –deyə Cibril deyib.
Biz yayınan və macəralara əl atan fələstinli qrupların doğru yola necə qayıdacağını bilmirik. Açıq-aşkar deyirəm ki, bütün Həmas və bütün Qəssam yayınmayıb. Biz Qəssam daxilində islah hərəkatını gözləyirik. Müsəlman Qardaşları desinlər ki, bizi buraxın. Məqsədimiz Fələstinin azadlığıdır. Əgər bizə kömək etmək istəyirsinizsə, Fələstinin azadlığı üçün bizə kömək edin. Suriyanın, Misirin və digər ərəb ölkələrinin daxili problemlərini bizə nəql etməyin.
