AzərbaycanDünyaXƏBƏRLƏR
İran Qarabağ münaqişəsində vasitəçilik etməyə hazırdır
İranın Bakıdakı səfiri bir daha İranın Qarabağ münaqişəsinin həlli sahəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu vurğulayıb.
Möhsün Pakayin əlavə edib: Ermənistan və Azərbaycan Respublikası istəsələr, İran Qoşulmama Hərəkatının sədri, eləcə də İslam Əməkdaşlığı Təşkilatının fəal üzvü kimi nəzərdə tutulan ölkələrlə danışıqlara girə və bu münaqişənin həlli barədəki nəzərlərini təqdim edə bilər.
Bu iranlı diplomat deyib ki, İranın Azərbaycan Respublikası və Ermənistanla müştərək sərhədə malik olması reallığına görə, sərhəd məntəqələrində hər cür səbatsızlıq İrana da mənfi təsir göstərəcəkdir.
