
Fransada minlərlə insan homoseksualların evlənməsi qanununa etiraz olaraq aksiya keçirib.
Minlərlə Fransa vətəndaşı bazar günü bu ölkə paytaxtı Parisdə bir araya gəlib və homoseksualların evlənmə qanununun təsdiqlənməsi ilə əlaqədar bu ölkə hökumətinin layihəsinə etiraz edib.
Parisdəki aksiyaçılar mühafizəkar şəxslər, ailələr və ailə hüquq tərəfdarları olublar.
Fransa Nümayəndələr Məclisi ötən ay hər şəxslə evlənmək adı altında qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.
Fransa Senat Məclisinin də gələn ay bu qanunu təsdiqləməsi qərara alınıb.
Fransanın iki məclisi bu ölkə prezidenti Fransua Olandın Sosialist partiyası və onun müttəfiqlərinin təzyiqi altındadır.
Fransada aparılan rəy sorğularına əsasən, respondentlərin əksəriyyəti homoseksualların evlənməsini dəstəkləmir. Homoseksualların evlənməsinə bir çox Avropa ölkəsi və ABŞ-ın bəzi ştatlarında qanuni qadağa yoxdur.