
İran İslam Respublikası Ordusunun Hava Qüvvələrinin komandan müavini İranda müxtəlif qırıcı təyyarələrin simuliyatorlarının istehsal edilməsindən xəbər verib.
General-Mayor Mənuçehr Yəzdani Təsnim Xəbər Agentliyi ilə müsahibədə həmçinin deyib: “ Təqribən 5 il öncədən İran Ordusunun Hava Qüvvələrində sıfırdan yüzə kimi standart uçuş simulyatorlarının hazırlanması layihəsinin icrasına başlanıb və ordunun hava qüvvələri mütəxəssisləri bu simulyatorları təkmilləşdirməyə və quraşdırmağa nail olublar.
General-Mayor Yəzdani İranda istehsal edilmiş bu tipli simulyatorların və digər təchizatların digər ölkələrə ixrac edilməsi haqda da deyib: “ Başqa ölkələrin müdafiə nazirlər və komandanları İranın hərbi mərkəzlərinə keçirdikləri baxışlar zamanı İranın bu hərbi-müdafiə sənayesinin bu qədər yüksək inkişafa malik olmasında heyrətlərini gizlədə bilmirlər.