BəhreynXƏBƏRLƏR

Bəhreyn təhlükəsizlik qüvvələri 37 məktəblini həbs ediblər

Təhsil Nazirliyinin Twitter səhifəsindəki məlumatına əsasən, təhlükəsizlik qüvvələri Cabiriyyə məktəbində 37 şagirdi həbs ediblər.

Bəhreyn Təhsil Nazirliyi bildirib: Bu məktəblilər təxribat əməlləri, üsyan və məktəbin əmlakını dağıtmaq ittihamı ilə həbs olunublar.

Bəhreyn polis qüvvələri bundan öncə gözyaşardıcı qazlardan istifadə edərək məktəblərə hücum etmişdilər.

Həmçinin iki həftə öncə təhlükəsizlik qüvvələri 15 məktəblini məktəbdən döndükləri zaman həbs etmişdilər.

Bəhreynin müxalif əl-Vifaq cəmiyyəti bildirib ki, 100-dən çox məktəbli həbsxanalardadırlar və təhsili davam etdirməkdən məhrumdurlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu