İran İslami Şura Məclisinin sədri , Rumıniya və İran Parlament dostluq qrupu başçısını qəbulu əsnasında iki ölkə arasındakı əlaqələrin inkişafını vurğuladı.
İslami Şura Məclisi mətbuatla əlaqələr hissəsi tərəfindən edilən şərhə görə İran İslami Şura Məclisinin sədri Əli Laricani dünən Çərşənbə axşamı günü Rumıniya parlamenti İran dostluq qrupu başçısı Soriyen Ştagan Roşka Stansko’yu qəbulunda iki xalq arasındakı tarixi əlaqələrə təmas edərək , İran və Rumıniya əlaqələrinin inkişafında iki ölkə parlamentlərinin əhəmiyyətli rolunu xatırlatdı.
Laricani , iki ölkə parlamentləri arasındakı yaxın danışıqların davam etməsinin iki ölkə arasındakı mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə potensial və imkanların müəyyənləşdirilməsi istiqamətində təsirli ola biləcəyini söylədi.
Nüvə mövzuda İranın hər zaman açıq və şəffaf bir siyasət izlədiyini , gizli gizli heç bir şeyinin olmadığını ifadə edən İran Məclis Başçısı , İranın heç bir zaman nüvə silah arxasında olmadığını , yalnız nüvə enerjidən faydalanmaq istədiyini söylədi.
Rumıniya parlamenti İran dostluq qrupu başçısı da bu görüşdə İranın bölgədə əhəmiyyətli və təsir edici bir ölkə olduğunu ifadə edərək , ölkəsinin İranla hər sahədə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirdi.