İraqXƏBƏRLƏR

İran-Rusiya münasibətlərinin inkişafı vurğulanıb

İran İslam Şurası Məclisinin sədri İran İslam Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətləri dostluq münasibətləri adlandırıb və bu münasibətlərin uzun keçmişinə toxunaraq deyib: İki ölkə bir-biri ilə yaxın strateji münasibətlərə malikdir və onların müştərək mənafeyi əməkdaşlıq və məsləhətləşmələrin davam etməsini tələb edir.

Əli Laricani Rusiya Federasiyası Şurasının sədr əvəzi ilə görüşdə əlavə edib: İki ölkənin regional və beynəlxalq əməkdaşlıqları, o cümlədən terrorizm və narkotik maddələrin qaçaqmalçılığından yaranan təhlükələrlə mübarizələri üçün bir çox müştərək sahə mövcuddur və bütün bunlar iki ölkənin mənafe və problemlərinin bir-birinə bağlılığını göstərir.

Regional, xüsusilə də Suriya proseslərinə toxunan Laricani deyib: Regionda uzunmüddətli dəyişikliklər yaratmaq üçün təhlükəli planlar icra olunur və regional və regiondan kənar düşmənlər İran və Rusiyanı Suriyada avantüristlik və problem yaratmaq ardınca olmaqda suçlayırlar. Bu vəziyyət iki ölkə arasında geniş əməkdaşlıq və məsləhətləşmələrin davam etməsini tələb edir.

Bu görüşdə həmçinin Rusiya Federasiyası Şurasının sədr əvəzi- İlyas Oxamanov İranı regionda önəmli ölkə və Rusiya üçün həqiqi dost adlandırıb və deyib: Regional və beynəlxalq məsələlər səviyyəsində müştərək məsələ və problemlər vardır. Onların həlli Rusiya və İranın məsləhətli iştirakına ehtiyaclıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu