AvropaİranXƏBƏRLƏR

İran – Rusiya neft müzakirələri uğurla irəliləyir

İran və Rusiya arasında 20 milyard dollar dəyərində olan neft qarşısında əmtiə mübadiləsi üzrə anlaşma əldə etmək üçün həyata keçirilən səyləri uğurla irəliləyir.

Röytersin verdiyi məlumata əsasən, Tehran ilə Moskva, makzimum 500 min barel həcmində İran neftinin rus əmtiələri ilə dəyişdirmək haqda anlaşmanı yekunlaşmaq üçün müzakirə aparmaqdadırlar.
Rus mənbəyi Röyetersə bildirib ki, Moskva lazımı sənədləri hazırlayıb və müqavilənin dəqiqləşməsi, yalnız İran neft qiymətinin müəyyənləşməsindən asılıdır.
Həmin mənbə bildirib ki, Tehran və Moskva İran neftinin Rusiya sənaye məhsulları, o cümlədən dəmir və qida maddələri ilə dəyişmək ardıncadırlar və bu müqavilə hərbi təchizata şamil olmur.
Məlumata əsasən, İran – Rusiya arasında neft ilə əmtiə dəyişdirmə müqaviləsi neçə mərhələdə və cəmi 15-20 milyard dollar dəyərində baş tutur.
Röytersin məlumataına əsasən, İran iki ya üç ilədək, hər gün 500 min barel neft Rusiyaya ixrac edəcək. Həmin həcmin 300 min bareli İranın şimalında yerləşən Xəzər dənizindən suap metodu əsasında, yerdə qalan hissəsi isə İranın cənubunda yerləşən Bəndar Abbas limanından təmin edilir.
İran və Ruisiya həmin sözü gedəm müqavilənin dəyərinin 20 milyard dollar civarında olması uğrunda çalışırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu