İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxəm Rusiyada baş verən son terror hadisəsinin qurbanlarının ailələri və Rusiya xalqı və dövlətinə baş sağlığı verərək, hadisə qurbanları ilə həmdərdlik ifadə edib.
İİR XİN rəsmisi İran prezidentinin ifratçılıq və kobudluqla mübarizəyə dair təklifinin BMT-də qəbul olunmasını xatırladaraq Terrorizmin bütün cəhətləri ilə mübarizədə beynəlxalq iradənin nümayiş etdirilməsini vurğulayıb.