İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmmədəli Mərkəzi Asiyada infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Əhməd Məhəmmədəli Tehranda İran vitse prezidentinin proqramlaşdırma və strateji nəzarət üzrə müavini Məhəmmədbaqir Nobəxt ilə görüşdə İslam ölkələri arasında İranın önəminə və həqiqi yerinə işarə edərək deyib: İran və İslam İnkişaf Bankı elm və texnologiyalar sahəsində yüksək potensiallara malik olmalarını nəzərə alaraq bu mühüm müstəvidə əməkdaşlıq edə bilərlər.
Əhməd Məhəmmədəli habelə Mərkəzi Asiyada İnfrastruktur layihələrinin həyata keçirilməsində İranın himayə və yardım göstərməsinin üzərində təkid edib.
Məhəmmədbaqir Nobəxt də bu görüşdə bəyan edib : İranın inkişaf üzrə 6-cı proqramında İran və İslam ölkələrinin münasibətləri və əməkdaşlıqlarını genişləndirilməsi nəzərdə tutulur. İlam İnkişaf Bankı da bu zəmində intensiv rol oynaya bilər