
ABŞ prezidenti İranın nüvə məsələsinin həlli üçün diplomatik yollardan istifadənin əhəmiyyətini vurğulayıb.
Amerika prezidenti Barak Obama deyib: Hələlik İranın nüvə məsələsinin həlli üçün diplomatik yollardan istifadə şansı vardır. Obama əlavə təzyiq siyasətindən istifadə ilə razı olmadığını bildirib.
İran barəsindən bütün seçimlərin masa üzərində olduğunu bildirən Obama əlavə edib: İranın nüvə proqramı qarşısında Ağ Evin siyasəti məhdudiyyət yaratmaq deyil, maneçilik siyasətidir.
İran və 5+1 qrupu arasında müzakirələrin son turu 2013-cü il 26-27 fevralda Qazaxıstanın Almatı şəhərində keçirilib.
İki tərəf razılıq əldə edib ki, ekspertlər səviyyəsində müzakirələr 2013-cü il 18 martda İstanbulda keçirilsin və gələn aprel ayının əvvəllərində İranla “altılıq” arasında müzakirələr yenidən Almatı şəhərində baş tutsun.