Çin Malayziyanın itkin düşmüş sərnişin təyyarəsi barəsində hava və dəniz təhqiqatlarına yardım üçün 10 peykinin fəaliyyətindən istifadə edir.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, yüksək və şəffaf kadrları çəkmək qüdrətinə malik bu peyklər Malayziya hava yollarının itkin düşən təyyarəsinin tapılması üçün təhqiqatda faydalı ola bilər.
Çin Malayziyadan bu itkin düşmüş təyyarənin tapılması barəsində öz araşdırmalarını sürətləndirməsini istəyib.
239 sərnişinlə Kuala Lumpuru Pekin istiqamətində tərk edən Malayziya hava yollarına məxsus Boinq 777 təyyarəsi şənbə günü səhər saatlarında itkin düşüb və hələlik ondan heç bir əsər-əlamət yoxdur.
Ekspertlər uçuş və radarların məlumatlarına istinadla deyirlər ki, bu təyyarənin Vyetnam sularında qəzaya uğraması mümkündür.