Ermənistan kəşfiyyatı ordu rəhbərliyini mobil telefonlar vasitəsi ilə dinləyir; Bu sensasion məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz “Feysbuk” səhifəsində yayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində MN-nin rəhbər heyəti, o cümlədən döyüş bölgələrində yerləşən birləşmə və hərbi hissə komandirləri ilə keçirdiyi mühüm müşavirənin tam təfsilatı Yerevanda dinlənilib.
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarınından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edir: “O da dərhal özünü “ağıllı və tədbirli” göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir. Yəqin ki hamınızın bundan xəbəri var. Azərbaycanın generalları mat qalıblar ki, onların qapalı yerdə danışdıqları sözlər ən xırda detallarına kimi Ermənistana görəsən necə məlum olub. Sonradan məlum olub ki, bütün müşavirə mobil telefon vasitəsiylə düşmən tərəfdən yazılıb və deşifrə olunub”.
Ü.Cəfərov qeyd edir ki, bundan sonra, “döyüş görmüş naziri” əmr verib ki, MN-də xidmət zamanı mobil telefon islətmək qadagandir: “İndi MN sistemində çox “operativ” iş üslubu mövcuddur. Səhər xidmətə gələndə bütün şəxsi heyətdən mobil telefonlar məcburi yığılır. Amma, bir neçə nəfər bu telefondan istifadə etmək hüququnu özündə saxlayır. Onların kimliyini isə MN-də gözəl bilirlər”.
Hərbi ekspert hesab edir ki, ən vacib qərarları və hərbi sirləri qorumaq üçün aşağı rütbəli zabit və gizirlərdən, o cümlədən əsgər və ya çavuşlardan telefonu yığmaq, yüksək rütbəli zabitlərə isə belə bir imtiyaz tanımaq effektsizdir.