Suriya prezidenti deyib ki, ölkəsində baş verənlər bir inqilab deyildir və həqiqi inqilab , tam şəkildə ölkə içərisindən olan bir hərəkətdir və xaricdən olan planlarla heç bir əlaqəsi olmaz.
Əsəd bu sözləri Əl-Sovrə dövlət qəzetinin təsis edilməsinin əlli illiyi münasibəti ilə bu qəzetlə müsahibəsi zamanı bildirib.
Suriya prezidenti sonra deyib: Həqiqi inqilablar, xalq inqilablarıdırlar ki, yalnız daxili amillər onda təsirlidirlər, ölkə daxilindən coşan hərəkətlərdirlər və ideoloji ziyalılar və elitalar tərəfindən istiqamətləndirilirlər.
Bəşşar Əsəd həmçinin deyib: Bu elə bir haldadır ki, elə əvvəldən Suriyada baş verənlərin hamısı xarici amillərin varlığı ilə baş verib. Bu məsələni gizli saxlamağa çalışsalar da, hazırda bu məsələ hamı üçün tam aydın olubdur.
Bəşşar Əsəd cümə axşamı günü Qərbi, Təkfiri terrorçu qruplaşmalardan xilas olmaq üçün onları Suriyaya göndərməkdə ittiham edib.
Suriya prezidenti deyib: Qərb ölkələri, illər öncədən onlar üçün nigarançılıq mənbəyi olan qeyd edilən terrorçu qruplaşmaların Suriyada ölüb, onlardan xilas olmağa ümid edirlər.