İran xarici işlər naziri Suriya böhranın bu ölkə prezidenti olmadan həll edilməsini xülya adlandırıb.
Məhəmmədcavad Zərif Almaniyada nəşr edilən Frankforter Allqemeine qəzeti ilə müsahibədə Suriya müxalifətini tənqid edərək söyləyib: İran istər ümumi istərsə də yerli səviyyədə Suriyada atəşkəsi tələb edir və bu ölkədə qan tökülməsinə son qoyulmasınıistəyir.
İran xarici işlər naziri həmçinin Suriyanın vəziyyətini faciəvi adlandırıb və bu ölkə xalqına humanitar yardımların zəruriliyinə təkid edib.
İran xarici işlər naziri vurğulayıb: Bəşşar Əsəd olmadan Suriya böhranının həll yoluna düşünmək xülyadır və bu xülyanı yaddaşlardan silmək lazımdır.