İran xarici işlər naziri söyləyib: İran xalqı özünün keçmiş və fəxrlə dolu tarixi ilə öz başıucalığını heç nə ilə dəyişməyəcək.
Nüvə müzakirələri üçün Vyanaya səfər etmiş Məhəmmədcavad Zərif Avstriyada iranlı ziyalılar və iqtisadi cəmiyyətində əlavə edib: İranlılar dünya görmüş uzun keçmişə malik xalqdır.
Zərif bildirib: İran xalqı belə düşünür ki, keçmişdən danışmaq əvəzinə gələcəyə hazırlaşmalıyıq, çünki tarix boyu çoxlu imperiyalar gəlib və gedib və heç bir sivilizasiya həmişəlik yaşamamışdır.
İran xarici işlər naziri həmçinin Avropa parlamentinin anti-İran qətnaməsinə işarə edərək söyləyib: Özləri Maksimum 43 faiz səslə seçilmiş şəxslər 73 faiz səslə seçilmiş bir prezidentə xitabən söyləyə bilməzlər ki, sizin ölçüləriniz qeyri-demokratikdir.