AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Vyana-2 danışıqları uğurlu olub

İranın xarici işlər naziri Vyana-2 danışıqlarını səmərəli və uğurlu dəyərləndirib.

Məhəmmədcavad Zərif Vyananı Tehran istiqamətində tərk etməzdən öncə İran və Altılıq qrupunun nüvə danışıqlarının nailiyyətlərinə münasibətini bildirib.
Zərif İRNA ilə müsahibədə Avstriyada Altılıq qrupunun başçısı Katrin Aşton ilə aparılan nüvə danışıqlarına işarə edərək qeyd edib: Müzakirələrin ikinci turu konstruktiv, səmərəli və məhsuldar olmuşdur.
Onun sözlərinə görə vəziyyətin aydınlaşması müstəvisində olan bu görüş müzakirəçi tərəflər üçün xeyli uğurlu olmuşdur.
“Hazırda Nüvə proqramının praktiki ehtiyacları ilə bağlı mübahisələrdə Qərb tərəfinə dəqiqləşib ki, Tehranın nüvə proqramları tam dinc məqsədli və məntiqlidir. Zira təməli dəqiq və elmi şəkildə qoyulub ki bu da danışıqların bu etapı üçün böyük bir nailiyyət sayılır.” Deyə İranın xarici siyasət idarəsinin rəhbəri sözlərinə əlavə edib.
Müsahibəsinin digər bir hissəsində Vyana-2 görüşünün ikinci nailiyyətlərinə işarə edən zərif deyib: Mübahisə və müzakirə edilməli olan 4 mövzunun hamısı yəni uranı saflaşdırmaq, sanksiyalar, nüvə mövzusundan beynəlxalq əməkdaşlıqların edilməsi və Ərak ağırsu obyekti barədə fikirlər və mülahizələrin aydınlaşması Vyana-2 görüşünün ikinci nailiyyətlərindən olub.
İran və Altılıq qrupunun nüvə danışıqlarının ikinci turniri çərşənbə günü 19 mart başa çatmışdır.
Bu müzakirələr prosesi 2014-cü il aprel ayının 7-8 və 9-cu günü Vyana davam edəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu