Yəmənin təhlükəsizlik rəsmiləri bu ölkədə ayaq alıb gedən sabitsizliyin səngimədiyini təsdiqləyiblər.
Yəmən qəzetlərindən biri bu ölkənin təhlükəsizlik orqanının rəsmilərinə istinadən yazıb: Ölkənin cənubunda Ləcəh vilayətində təhlükəsizlik və xəfiyyə orqanının ofisi önündə bir maşına quraşdırılmış bomba qurğusunun işə düşməsi 4 nəfərin yaralanmasına səbəb olub.
Yəmən rəsmiləri törədilən bu partlayış haqda geniş tədqiqata başlayıblar.
Qeyd edək ki, bundan öncə də Yəmənin cənubunda Ədəndə hərbi bir qərargahın yaxınlığında bir maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər ölüb onlarla adam yaralanmışdır.
Yəməndə həmişə naməlum silahlı şəxslər bu ölkənin təhlükəsizlik qüvvələrini hücuma məruz edilər.