AzərbaycanXƏBƏRLƏR

Rüstəm İbrahimbəyovun təşkilatına məxsus Yaradıcılıq Evi söküldü

Azərbaycan Kinematoqrafçılar İttifaqının Mingəçevirdəki Yaradıcılıq Evi sökülüb. Hdisə əsas müxalifət partiyalarının təmsil olunduğu Milli Şurada prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun İlham Əliyevi tənqid etməsindən sonra baş verib. O İlham Əliyevə “demokratiyanın mahiyyətini başa düşmür” demişdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Mingəçevirdəki Yaradıcılıq Evi sökülüb. Yaradıcılıq Evinin direktoru Səyavuş Usubov bildirib ki, 1989-cu ildən ikimərtəbəli bina Kinematoqrafçılar İttifaqının balansında olub. 1993-cü ildən orada məcburi köçkünlər məskunlaşıb. Bu günlərdə onlar yeni evlərə köçürüləndən sonra bina sökülüb: “Binamızı sökdülər. İcra hakimiyyəti gəlib qaçqınları köçürdü. Bundan sonra bir həftə keçmədi, “Azərenerji”nin işçiləri gəlib sökdülər. Bura çoxdan göz qoymuşdular”.

Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarovun dediyinə görə, Söküntünün baş verməsində Kinematoqrafçılar İttifaqı ilə hökumət arasındakı problemlər rol oynayıb. Heç bir xəbərdarlıqsız, yaradıcılıq evini söküblər: “Bu, əsl vandalizm nümunəsidir. İctimai təşkilata məxsus binanı heç bir qərar və hüquqi əsas olmadan uçurublar”.

Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqı bu ilin yanvarında Hökumət Evindəki ofisindən də çıxarılıb.

2 İyul R.İbrahimbəyov bu günlərdə əsas müxalifət partiyalarının təmsil olunduğu Milli Şurada prezidentliyə vahid namizəd seçilib.

Elə həmin gün Azərbaycan Respublikası prezidenti YAP-ın namizədi İlham Əliyev müxaliflərinə polisin gücünü xatırlatdı, müxaliflərini xain adlandırdı: “Bizə qarşı çıxmaq istəyənlər satqın, xaindirlər – onlara heç qüvvə də deyə bilmərəm”.

Milli Şura vahid namizədi, təşkilatın sədri Rüstəm İbrahimbəyov 3-cü dəfə namizəd olan İlham Əliyevin müxalifəti ünsür adlandırmasına cavabda bildirib ki, İlham Əliyev demokratiyanın mahiyyətini başa düşmür. Hakimiyyət belə üsullarla cəmiyyəti qorxutmağa çalışır. İqtidarın bu dəfə seçkini saxtalaşdırması xoşagəlməz hadisələrə səbəb ola bilər. Seçki azad və ədalətli keçərsə, qələbə bizimlədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu