AzərbaycanXƏBƏRLƏR

Rüstəm İbrahimbəyov ABŞ-a etdiyi son səfər barədə məlumat verib

Azərbaycan Respublikasında seçkidə Prezident İlham Əliyevə ehtimal olunan seçki rəğibi Milli Şuranın sədri, Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrinin Milli Şurasına məktub göndərərək ABŞ-a etdiyi son səfər barədə məlumat verib.

Məktubda deyilir: “Mən iyunun 10-dan 15-ə kimi Vaşinqtonda Dövlət departamenti, Konqresin Senat və Nümayəndələr palatası, həmçinin ABŞ-ın stareji siyasətini hazırlayan, eləcə də insan haqları və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən təşkilatlarda mühüm görüşlər keçirmişəm.
Danışaqlarda 2013-cü il prezident seçkiləri, Azərbaycan xalqının hakimiyyəti formalaşdırmaq kimi konstitusiya hüququnun özünə qaytarılması yolları və ölkəmizdə demokratik proseslərin genişləndirilməsində ABŞ dövlətinin rolu məsələləri ətraflı müzakirə edilib”.
İbrahimbəyov əlavə edib : “Bu mühüm mövzuda ABŞ Dövlət Departamentinin sədrinin müavini Uzra Zeya, onun yardımçısı Tomas Meliya, Kətrin Key (Nazir Kerrinin xarici siyasətini formalaşdıran idarənin məsul işçisi), üç aparıcı departamentin direktorları və məsul işçiləri ilə iki dəfə geniş diskusiya aparmışam. Müzakirələrimiz yüksək səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçib”.
Rüstəm İbrahimbəyov bildirib :”Ümumiyyətlə, Vaşinqtona səfər çərçivəsində 50-dən çox məsul şəxslə və 20 müxtəlif təşkilatlarda görüşlər keçirdim. Həm Konqres ,həm də hökümət idarələrində keçirilən görüşlərdə ABŞ tərəfi Milli Şuranın yaranmasını demokratik qüvvələrin qələbəsi kimi qiymətləndirdilər. ABŞ-ın Azərbaycandakı enerji və beynəlxalq təhlükəsizlik maraqlarının olduğunu qeyd edən məsul şəxslər, buna baxmayaraq ölkənin prioritet siyasətinin Azərbaycanda demokratiyanın bərpası olduğunu da dəfələrlə təsdiqlədilər!”

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu