Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb
Avqustun 12-si Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən təşəbbüs qrupunun Bakıda toplantısından sonra Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb.
Liberal Partiyası İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə təşəbbüs qrupunun MSK-dakı nümayəndəsi seçilib.
Rüstəm İbrahimbəyov 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, sonralar Moskvada Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onlarla bədii film, televiziya filmi və tamaşaların, bədii əsərlərin müəllifidir. Amerika Kino Akademiyasının “Oskar” mükafatına və digər mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası Prezident seçkisinə bir neçə nəfərin namizədliyi irəli sürülsə də bunların içində hazırkı Prezident İlham Əliyevin hakimiyyətinin davam edəcəyi dövlət rəsmiləri və hakim YAP tərəfindən söylənilib.
Bu seçkidə AİP-in məhbus sədri Dr. Möhsün Səmədov Rüstəm İbrahimbəyovdan əlavə digər ciddi rəğib sayılır.