
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də bir bəyanatda təkfiri qruplaşmaları tərəfindən Şam məntəqəsinin Din Alimləri Birliyinin sədrinin şəhadəti münasibəti ilə başsağlığı verib.
İranın Xarici İşlər Nazirliyinin bəyanatında belə bildirilir: “ İslam məzhəbləri arasında yaxınlaşmanın habelə sionizm əleyhinə böyük İslam dini şəxsiyyətlərindən olan Əllamə Əlbuti kimi din alimlərinin şəhadəti, Suriyada silahlı qruplaşmalar və terrorçuları maliyyə və silah baxımından dəstəkləməklə Suriyada ixtilaf törədib, məzhəb çatışmaları yaradıb, günahsızların qırğın edilmələrini şiddətləndirmək istəyən Amerika və cinayətkar sionizm habelə onların regiondakı əl-altılarının nəhs planlarını puça çıxaracaqdır”.