
Suriya paytaxtı Dəməşq şəhərinin Əl-İman məscidində baş vermiş terror partlayışında 49 namaz qılan şəhid olub.
Bu ölkənin Səhiyyə Nazirliyi bildiribdir ki, bu terror əməliyyatında 49 nəfər şəhid olub. Şam məntəqəsinin Din Alimləri Birliyinin sədri Əllamə Əl-Buti və onun nəvəsi bu terror hücumunda dünyalarını dəyişənlər arasındadırlar.
Suriyanın paytaxtı Dəməşqin Əl-İman məscidində baş vermiş terror əməliyyatında bir qrup namaz qılanın şəhid olmasının ardınca bu ölkənin Nazirlər Kabineti Suriyada bir günü ümumi matəm günü elan edib.
Suriyanın Nazirlər Kabineti bu ölkə prezidenti Bəşşar Əsədin göstərişinə əsasən və Dəməşqin Əl-İman məscidində xalqdan bir qrupunun, o cümlədən Əllamə Məhəmməd Səid Ramazan Əl-Buti-nin şəhid olması münasibəti ilə sabah şənbə gününü(23 mart) ümumi matəm günü elan edib.