İran İslam Respublikasının taekovandoçuları 23 medal qazanaraq Tunis tornomentinin çempionu olublar.
İRİB-nin verdiyi məlumata görə, qadın və kişilər üzrə orta yaşlılar arasında gedən Tunis tornometinin 3-cü turunda İran taekovando komandası birinciliyi qazanıb. Yarışlara şənbə start verilmişdi və bu gün sona çatıb.
İranın milli taekovando komandası 12 qızıl, 10 gümüş, 1 bürünc medalla bu yarışların çempion kürsüsünə qalxmışdır.
İranın qadın taekovando komandası da 6 qızıl və 4 gümüş medal qazanmışdır.