İran telekanallarının İntelsat peyki üzərindən yayımı dayandırıldı
İntelsat peyk şirkətinin İran telekanallarına xidməti dayandırması ilə İran telekanallarının o cümlədən əl-Aləm xəbər kanalının bu peyk üzərindən yayımları dayandırılıb.
Son zamanlar İntelsat peyk şirkətinin rəsmiləri etiraf ediblər ki, ABŞ dövləti bu şirkətə İran İslam Respublikası Radio və Televiziya Təşkilatının bu peyk üzərindən yayım tezliyini ləğv etməsini tövsiyə edib. Elə bu istəyi əsas tutaraq, ingilis dilində verilişlər yayımlayan PressTV telekanalının Eutelsat, Hotbird və İntelsat peykləri üzərindən yayımı dayandırılıb. Həmçinin, ispan dilində verilişlər yayımlayan HispanTV və ərəb dilində verilişlər yayımlayan əl-
Bundan öncə də Eutelsat peyk xidmətləri şirkəti habelə, bir sıra digər avropalı peyk şirkətləri oxşar hərəkətdə, sionist lobbisinin istəyi əsasında İranın radio və televiziya kanallarının peyk üzərindən yayımını dayandırmışdılar.
Bu addım birbaşa olaraq Amerika və Avropadakı sionist lobbilərinin birbaşa təzyiqləri ilə baş tutub.
Məlumatlı mənbələr bildirirlər ki, ABŞ-ın Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xarici Mal Varlıqlarına Nəzarət Ofisi”nin rəisi, əşkinazi yəhudilərindən olan Adarm Eszubin İntelsat peyk şirkətinə edilən təzyiqlərin arxasında duran isimdir.
Əl-Aləm, PressTV və İranın digər telekanalları 2012-ci ilin yanvarından Avropa və Qərb dövlətləri və peyk şirkətlərinin misilsiz və hərtərəfli hücumuna və təzyiqlərinə məruz qalıblar. Belə ki, bu telekanalların bəzi Avropa ölkələrində o cümlədən İngiltərə, Fransa, Almaniya və İspaniyada yayımına qadağa qoyulub.
Qərbin İraqa hücumu, sionist rejimin Qəzzəyə və Livana qarşı müharibələri, Qərb və İsrailin Suriyaya qarşı fitnələri haqda bu telekanal ifşaedici xəbərləri ilə həqiqətləri öz müxatiblərinin diqqətinə çatdırır. Elə buna görə də, bir neçə ay öncə bu kanalın Hotbird peyki üzərindən yayımı dayandırıldı.
Sionizm və Qərb imperializmi ilə müxalif olan cərəyanların baxışlarının insanların diqqətinə çatdırılmasının qarşısını almaq bu kimi qanunsuz davranışların əsas səbəbidir. Belə ki, hətta, ərəb ölkələrində xalq inqilablarının başlanmasından öncə də əl-Aləm kanalının tezliyi üzərinə parazitlər salmaqla müxatiblərin bu kanalı izləmələrinə maneələr törədilirdi və bu proses indi də davam edir.
Təqribən iki il öncə, İslami Oyanışın formalaşmasından öncə əl-Aləm kanalı Ərəb şeyxlərinin istəyi əsasında tamamilə qeyri-qanuni formada Arabsat və Nailsat peyklərindən çıxarılmışdı.