Türkiyə ordusu bildirib ki, çərşənbə axşamı günü qaçaqçı olduğu güman edilən və Suriya yolu ilə Türkiyəyə daxil olmaq istəyən minlərlə nəfərlə çıxan toqquşmada 18 hərbçi yaralanıb.
Röyters-in Ankaradan verdiyi məlumata görə, Türkiyə ordusu bir bəyanat yayaraq, bildirib: 2500-3000 nəfər olduğu güman edilən bir dəstə Hatay vilayətinin Uculbinar kəndində ordunun patrul maşınlarına doğru daş atmağa başlayıblar. Türk və ərəb dilində edilən xəbərdarlıqlara baxmayaraq, insanlar dağlışmaq istəməyiblər. Buna görə də patrul dəstəsinin üzvləri havaya atəş açmağa və gözyaşardıcı qazlardan istifadə etməyə məcbur olub.
Ötən iki ay ərzində Türkiyə-Suriya sərhədlərində gərginlik artmaqda davam edib. Təqribən bir həftə öncə də Türkiyə ordusu qaçaqçı adlandırdığı yüzlərlə nəfərlə toqquşmuşdu. Ölkə rəhbərliyi Türkiyədə Suriyaya yanacaq və əmtəə məhsullarının qaçaq edildiyini bildirirlər.
Türkiyə Suriyada Əsəd hökumətini devirmək üçün suriyalı müxaliflərə və terrorçulara sığınacaq verir və onları silahlandırır. Amma, Ankara bu məsələni inkar edir. Hatay vilayəti dağlıq və meşəlik ərazi olduğundan qaçaqçılar və terrorçuların Türkiyə və Suriya arasında qanunsuz gediş-gəlişi üçün münasib məntəqə hesab olunur.
