İslami İran şəhərsalma və nəqliyyat naziri Abbas Axund, balanslı inkişafa çatmaq üçün, ortaq nöqtələr və hədəflər istiqamətində hərəkət etmək lazım olduğunu söylədi.
IRNA’nın xəbərinə görə, Abbas Axund, dünən Əfqanıstanın Herat bölgəsində çox sayda Əfqan səlahiyyətlinin qatıldığı, Haf-Herat dəmiryolu layihəsinə ray döşəmə işlərinin başlaması münasibəti ilə təşkil edilən mərasimdə etdiyi şərhdə; İranın qonşularının müstəqilliklərinə hörmət olduğunu ifadə edərək, bölgənin təhlükəsizliyinin təbii olaraq bölgənin rifahına da vəsilə olacağını söylədi.
Axund, İranın Əfqanıstana istiqamətli bütün tranzit yollarının açıq olmasına vurğu edərkən, ‘Əfqanıstanın İran vasitəsilə Orta Asiya, Hindistan, Qərb və Xəzər dənizinə bağlanması lazım olduğunu’ söylədi.
İran şəhərsalma və nəqliyyat naziri, İranın Əfqanıstanla heç bir məhdudiyyət olmadan hava, quru və dəniz yollarını Əfqanıstanın qonşularının ixtiyarına verməyə hazır olduğunu söylədi.