
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İran qarşısındakı davranışının praktiki olaraq dəyişilməsini İran xalqının hüququna hörmət adlandırıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bazar günü müsahibədə İran qarşısındakı strategiyanın dəyişilməsi ilə əlaqədar ABŞ rəsmilərinin iddiaları barəsində deyib: Əgər Amerika rəsmiləri öz iddialarının həqiqilini sübuta yetirmək ardıncadırlarsa, İran xalqının hüququna hörmətlə yanaşmalıdırlar. İranın nüvə məsələsi qarşısında məntiqli davranışa malik olsalar, Tehranla 5+1 qrupu müzakirələri onlar üçün yaxşı imkan yaradacaq.
Almatı müzakirələrində “Altılar” qrupunun strategiyasının İranın tələblərinə yaxın olduğuna toxunan Mehmanpərəst əlavə edib: Lakin bu əməkdaşlıqlar qarşılıqlı addımların atılması ilə 5+1 qrupu tərəfindən bərabər və eyni zamanda olmalıdır ki, İrana qarşı nüvə fəaliyyətləri bəhanəsi ilə sanksiyalar çərçivəsində tətbiq olunan bütün addımlar sonda yekun şəkildə ləğv edilsin.
İranın XİN sözçüsü İranla Avropa Birliyinin anlaşması barəsində də deyib: İran İslam Respublikası Avropa ilə əməkdaşlıq üçün hazırdır və Avropanın da müstəqil və yüksək potensialı vardır. Avropa Birliyinin öz müstəqilliyi və mentalitetini məchul vəziyyətlə üzləşdirən davranışı olmamalıdır.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Tehran-Bakı münasibətlərinə də toxunub və deyib: İran İslam Respublikası su və quru sərhədlər vasitəsi ilə 15 ölkə ilə qonşudur və bu böyük potensialdır. Xüsusilə də Azərbaycan Respublikası kimi bəzi ölkələrin İranla müştərək tarix, din və inanc kökləri vardır və bu potensiallardan iki ölkənin əməkdaşlıqlarının yaxşılaşdırılması üçün istifadə olunmalıdır.
Mehmanpərəst İran və Kanada arasında mənafelərin qorunması üzrə təyinat barəsində də dolayısı yolla təkliflərin irəli sürüldüyünü və indiyə qədər nəticə vermədiyini bəyan edərək deyib: Mənafelərin qorunması üzrə təyinat məsələsi iki tərəfin razılığı əsasında olmalıdır.
Ramin Mehmanpərəst Tehran-London diplomatik münasibətlərinin başlanması barəsində də deyib: İran və İngiltərənin əlaqələri tələsik şəkildə İngiltərə hökuməti tərəfindən dayandırıldı. Əgər bir addımın atılması qərara alınarsa, İngiltərə rəsmiləri bu addımın atılmasını başlayan tərəf olmalıdırlar.
İran XİN sözçüsü Suriya proseslərinə toxunaraq deyib: Region və Suriyanın qonşu ölkələri bu nəticəyə çatıblar ki, siyasi strategiya prioritetdir. Tehran iclasında hökumətə müxalif və müvafiq qruplar bir araya gəldilər və milli danışıqları ilk olaraq başladılar. Bu proses hələ də davam etməkdədir.
Mehmanpərəst İranın Latın Amerikası ölkələri və Argentina arasındakı münasibətlərinə toxunub və deyib: Amya məsələsinin həlli istiqamətində Argentina rəsmiləri ilə razılaşma böyük nailiyyət idi. Bu məsələ iki ölkə arasında araşdırılmaqdadır.