İranın Elektrik enerjisi şirkəti (Təvanir)-ın baş direktoru İran İslam Respublikası ilə Almaniya arasında müxtəlif enerji növləri sahəsində, o cümlədən yeni enerji növləri üzrə əməkdaşlqların genişləndirlməsindən xəbər verib.
Tehranda nəşr çıxan Donya-e Eqtesad qəzetinin bu günkü nömrəsində verilən xəbərə görə, İranın Enegetika naziri Həmid Çitçiyanın başçılıq etdiyi heyətlə Almaniyaya səfər etmiş Təvanir şirkəinin baş direktoru Həmid Haeri deyib: Almaniyanın bərpa olunan enerjilər üzrə fəaliyyət göstərən şirkətləri ilə ölkəmizin müxtəlif detallar və avadanlıqlar o cümlədən günəş panellərinin ən müasir növlərinə olan tələbatınının təmini barədə müzakirələr aparıldı.
İranın Təvanir şirkətinin baş direktoru deyib: Almaniya şirkətlərini ilə keçirilənhəmin iclasda həmçinin İranda investisiya yatırımı sahəsində əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb.
İran ilə Almaniya arasında əməkdaşlıq sahələrinin araşdırılması üzrə iclas, İranın energetika nazirinin iştirakı ilə Berlində keçirilib.
İranın Energetika naziri Həmid Çitçiyan ötən cümə axşamı günü (8 may) həmin iclasda etdiyi çıxışda, İranda elektrik və energi istehsalının durumu barədə açıqlama verib, bərpa olunan enerjilər sahəsində İranda xarici investorların fəaliyyətlərinə əlverişli zəminlərin olduğunu bildirib.