Ukraynanın şərqindəki yerli rəsmilər bildiriblər ki, Rusiya tərəfdarları tərəfindən istiqlaliyyət əldə edilməsi üzrə keçiriməsi qərara alınan referendumu dayandırımaq iqtidarında deyillər.
Press TV-nin verdiyi məlumata əsasən, Ukraynanın şərqində yerləşən Donetsk şəhərinin bələdiyyə idarəsi cümə günü bir bəyanat yayaraq, bildirib ki, sabah (11 may) keçiriləcəyi qərara alınan referendumun keçirilməsinə mane olmaq mümkünsüzdür.
Bəyanatda deyilir ki, məktəblər kimi ümumi yerlərdə seçkilərin keçirilməsinin qarşısını ala biləcək qədər polis qüvvəsi yoxdur.
Səsvermələr Donetsk və Luhansk məntəqələrində 6 milyondan çox vətəndaşın iştirakı ilə keçiriləcək.
Ukraynalı etirazçılar, dövlət binalarını, polis qərargahaları və digər hökumət binalarınının işğal edilməsini davam etdirirlər. Onlar Rusiyaya qoşulmanın tərəfdarıdır.
Kiyevin müvəqqtəi hökumət rəsmiləri 23 apreldə ölkənin şərq və cənub məntəqələrində Rusiya tərəfdarlarınin məhvi niyyəti hərbi əməliyyatlara start əmri veriblər.
Bu hərbi əməliyyatlar 17 aprel tarxində, Ukraynanın müvəqqəti hökuməti, Amerika, Rusiya və Avropa İttifaqı arasında əldə edilmiş anlaşmaya rəğmən həyata keçirilib.