İran xalqının seçdiyi prezident- Həsən Ruhani dünən axşam İmam Xomeyni(rə)-in pak ziyarətgahında olaraq, İran İslam Respublikasının banisinin amallarına hörmət ifadə edib.
Ruhani prezident seçkiləri nəticələrinin elan olunması və xalq tərəfindən prezident seçilməsindən sonraki ilk gündə İmam Xomeyni(rə)-in ziyarətgahına gedib.
Höccət-ül-islam-vəlmüslimin Həsən Ruhani İmam Xomeyni(rə)-in pak ziyarətgahında deyib: Seçkilərin nəticələrinin elan olunmasından və bütün ölkədə bütün xalqın sevinc və şadlıq keçirməsindən sonra xalqın öz yüksək siyasi və ictimai hədəflərinə nail olması və tarixin bu kəsiyində böyük qəhrəmanlıq yaratması üçün İslam İnqilabının Böyük Rəhbərinin hüzuruna getdim və bu qələbə və xalqın şadlığı münasibəti ilə O Həzrəti təbrik etdim.
O, əlavə edib: Bu görüşdə O Həzrət müxtəlif məsələrlə bağlı göstərişlər verdilər və mən də bir sıra cəhət və fikirləri orada irəli sürdüm.
Ruhani İran İslam Respublikası banisinin ziyarətgahında olmasına işarə edərək, söyləyib: İslam İnqilabının Böyük Rəhbəri ilə görüşdən sonra Həzrəti İmamın ziyarətgahına gəldim. Bütün ürəklər bu ziyarətgah və bu məqbərdən asılıdır. İmam(rə) xalqımıza başıucalıq gətirdi və mən bir vəzifə kimi bu məqbərə qarşısında baş əydiyimə görə allaha təşəkkür edirəm.