İrlandiyanın Parlament Nümayəndə Heyəti İran rəsmiləri ilə ikitərəfli , regional və beynəlxalq məsələləri müzakirə etmək məqsədilə bu gün Tehrana daxil olub.
İrlandiyanın Parlament Heyəti İrana 4 günlük səfəri çərçivəsində İİR-nın parlament spikeri Əli Laricani , xarici işlər naziri Məhəmməd Cavad Zərif və islam şurası məclisinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaeddin Burucerdi ilə görüşüb fikir mübadiləsi aparmalıdır.
Nəzərdə tutulan səfər proqramına əsasən, heyət şənbə günü Tehranda Əlaeddin Buruceri ilə görüşəcək.